ALBALI PLUS – ARZULARI REALLAŞDIRAN KART!
Biznes Dostu 14% - 500,000 AZN qədər

Bakıda seks-parti: fransalı qızı zorladılar - EKSKLÜZİV - TƏFƏRRÜAT

Bakıda əcnəbi ölkə vətəndaşının zorlanması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Fransa vətəndaşı, 1987-ci il təvəllüdlü V.K. prokurorluq orqanlarına şikayət ərizəsi ilə müraciət edib.

 

Müraciətdən məlum olur ki, 26 yaşlı qız Bakıda butikləri olan məşhur brend mağazalar şəbəkəsinin meneceridir. Bir neçə gün əvvəl o, iş yoldaşları ilə birgə partidə iştirak edib. Şənlik zamanı 26 yaşlı fransalı qız iş yoldaşları ilə birgə içib. Daha sonra isə iş yoldaşlarından biri R.A. V.K.-ni qonşu otağa dəvət edib. Burada R.A. fransalı qıza qarşı zorakılıq edib və onu zorlayıb. Şənlik bitən kimi fransalı qız başına gələnlər barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

 

Araşdırmalar nəticəsində şənliyin Bakı şəhərinin Nərimanov rayonu ərazisində, Təbriz küçəsindəki binalardan birindəki mənzildə keçirilməsi müəyyən edilib. V.K. müvafiq ekspertizalardan keçirilməsi üçün aidiyyatı üzrə göndərilib. Həmçinin digər zəruri hərəkətlər edilir.

 

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

Yazar

Nizam Rza

Oxunub

14480 dəfə

Tarix

15.01.2013 / 13:49

Xəbər lenti



02 Oktyabr 2014

01 Oktyabr 2014

Online: 2119