SİZ HARDA – ALBALI PLUS ORDA!

Komitə sədri: “Uşaqlar vaxtlarını dərsdə deyil, internet klublarda keçirirlər”

“Keçirdiyimizi monitorinqlər göstərir ki, uşaqlar dərsdə oturmaq əvəzinə, vaxtlarını internet klublarda keçirirlər”.

Bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova uşaqların internetdən istifadəsi haqqında hazırlanan paketlər planından danışarkən deyib.

Komitə sədrinin sözlərinə görə, bu işdə valideynlər daha məsuliyyətli olmalıdır: “İnternetlə bağlı bir çox ölkələrdə ciddi proqramlar, o cümlədən də qanunlar hazırlanır. Biz görürük ki, bir neçə ölkədə bu hal doğrudan da ciddi problemə çevrilib. Burada əsas problem ondan ibarətdir ki, ailədə valideynlər uşaqların internetdən necə istifadə etməsini nəzarətdən qaçırırlar. Çox zaman biz deyirik ki, uşağın özü hüquqları var. Yəni, uşaq təhsilini artırmaq üçün internetdən istifadə etməlidir. Əfsuslar olsun ki, indi internet sahəsi o qədər açıqdır ki, orada cürbəcür təsirlər var. Təbii ki, mənfi təsirlər daha çoxdur. Biz bunu istər qanunvericilikdə, istər dövlət proqramları çərçivəsində nəzarətdən qaçırmamalıyıq. Bu sahədə nəzarət funksiyaları gücləndirilməlidir. Həmçinin, valideynlərin məsuliyyəti artırmalıdır. İkinci məsələ isə odur ki, bu gün şəhər və rayonlarda monitorinq keçiririk. Monitorinqlər göstərir ki, dərs vaxtı uşaqlar internet klublarda otururlar. Bu uşaqlar dərsdə olmaq əvəzinə həmin klublarda oturub, başqa işlərlə məşğul olurlar. Bu zaman biz irad tuturuq ki, nə üçün məktəb yanında internet klublar açırlar? Çünki bu uşaqların dərsdən yayınması üçün şərait yaradır. Bunlar bir-birindən asılı məsələlərdir. Biz bu işi davam edəcəyik. Çünki, artıq bu məsələlərə dövlət diqqətinin nəzarətindədir. Gələcəkdə bununla bağlı çox güclü işlər görüləcək”.


Jalə Məmmədli

Yazar

Lent.az

Oxunub

1188 dəfə

Tarix

27.11.2012 / 13:57

Xəbər lenti



01 Noyabr 2014

31 Oktyabr 2014

Online: 680